İraq ordusu iranyönümlü hərbçilərin nəzarətinə keçir

İraq ordusu iranlı generalın göstərişi ilə hərəkət edir. Bu xəbəri İngiltərənin "Times" qəzeti yayıb. APA TV-nin xəbərinə görə, xəbərdə deyilir ki, İŞİD terrorçuları ilə mübarizəni dəstəkləmək  məqsədilə İraq ordusuna cəlb olunan polislər orduya nəzarəti ələ keçirib. Həmin polislər İran ordusunda təlim görüblər. İran kəşfiyyatının liderlərindən olan general Qasım Süleymaninin tövsiyəsi ilə Tehranın təlim keçdiyi və dəstək verdiyi polislər orduya qəbul olunur. Bu polis qrupları arasında İraqdakı minlərlə sünnini öldürməkdə günahlandırılan Bədir Tuqayları da var. Bir vaxtlar İranda silahlı qruplaşma olan Bedir Tuqayları, Səddam Hüseynin devrilməsindən sonra İraqda təşkilatlanaraq önəmli gücə çevrilib. Təşkilatın lideri Hadi əl-Əmiri bu həftə İraqdakı ABŞ səfiri ilə görüşdüyünü, səfirin İŞİD terrorçularına qarşı hava hücumunda Bedir Tuqaylarından kömək istədiyini bildirib.

 

"Times" qəzeti İŞİD-ə qarşı mübarizədə geniş seçim imkanı qazanmayan ABŞ-ın terrorçularla quruda döyüşə biləcək hər kəslə əməkdaşlıq etmək məcburiyyətində qaldığını yazıb. İran Suriyada 2 min hərbçisi olduğu üçün İraqda əsgər sayını artırmamağa çalışır. Buna baxmayaraq, İraqa xüsusi təyinatlılara və ordu birliklərinə komandanlıq etmək üçün İnqilab Keşikçilərindən və Süleymaninin liderliyində olan "Qüds Gücü"ndən peşəkar hərbçilər göndərib. Bundan başqa, Bedir Tuqaylarından Məhəmməd əl-Qabanın Daxili İşlər Nazirliyinə gətirilməsi təşkilatı İraq hökumətində güclü hala gətirib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı