İordaniya kralı İŞİD-in bombalanmasında şəxsən iştirak edir

İŞİD tərəfindən diri-diri yandırılan pilotun ölümünə etiraz olaraq İordaniya paytaxtında keçirilən aksiyalar daha da genişlənir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, paytaxt Əmmanda minlərlə insan küçələrə çıxıb. Aksiyalara İordaniya kraliçası Rania da qatılıb. Kral Abdullanın xanımı hadisəyə münasibət bildirib: "Burada müsəlman qardaş və bacılarımla birlikdə bir xristian olaraq yaşananların sadəcə İslamiyyətdə deyil, heç bir dində olmadığını bildirir və etiraz aksiyalarına qoşulmağımın doğru addım olduğunu hesab edirəm". Bu arada İordaniya ordusunun İŞİD-in mövqelərini bombalamaqda davam etdiyi bildirilir. Qırıcıların atdığı bombaların üzərinə terrorçuların yandıraraq öldürdüyü pilotun adı yazılıb. Xatırladaq ki, özü də pilot olan kral Abdullanın şəxsən əməliyyatlara qatıldığı barədə xəbərlər də var.

Müəllif | Apa.Tv
Apa.tv