Şirvanda "Prado" "Priora" ilə toqquşdu: 3 yaralı

Şirvanda Baş verən avtoqəzada 3 nəfər yaralanıb. Şirvan şəhər-rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhəri 1 may küçəsində “Prado” markalı avtomobillə 1991-ci il təvəllüdlü Quliyev Abas Sərxoş oğlunun idarə etdiyi “Priora” markalı 10 PS 852 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “Prado” markalı avtomobildə olan 1964-cü il təvəllüdlü Xudiyev Mikayıl Məsləhət oğlu, “Priora” markalı avtombilin sürücüsü və avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Qarayev Elxan Azad oğlu yüngül xəsarət alıblar. Avtomobillərə ciddi xəsarət dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı