Xaçmazda yük maşını 6 yaşlı qızı vurdu

Xaçmaz rayonunun Çarxı kəndi ərazisində azyaşlının vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Hülövlü kənd sakini, 23 yaşlı Abbasov İnşallah Məmməd oğlunun idarə etdiyi “QAZ 53” markalı avtomobil azyaşlı qızı vurub. Xəsarət alan Xaçmaz rayonunun Çarxı kənd sakini, 6 yaşlı Hacıbalayeva Fatimə Taleh qızı Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin və qarın boşluğu orqanlarının əzilməsi diaqnozu qoyulub. Azyaşlının vəziyyəti çox ağır olduğundan o, təcili olaraq, paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.

 

Hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan