Şirvanda qəzaya uğrayan avtomobil dərəyə aşdı: 1 ölü, 4 yaralı

Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib. Şirvan şəhər-rayon Polis Şöbəsindən APA TV-nin Mil-muğan bürosuna verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 50 yaşlı Səmədov Yadigar Vəlixan oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil həmyerlisi, 34 yaşlı Cəfərov Faiq İslam oğlunun idarə etdiyi “Azsamand Runna” markalı maşınla toqquşub. Zərbə nəticəsində "VAZ 2107" markalı avtomobil hündürlükdən dərin dərəyə yuvarlanıb. Nəticədə "VAZ 2107" markalı avtomobildə olan sərnişin, Şirvan sakini 34 yaşlı Əsgərov Allahverdi Rafayıl oğlu hadisə yerində ölüb, sürücü və sərnişinlər - Şirvan sakinləri, 1993-cü il təvəllüdlü Zərbəliyev Faiq Mirzəli oğlu, 1970-ci il təvəllüdlü Abbasov Zabil Xanbala oğlu və “Azsamand Runna”da olan sərnişin, Şirvan sakini 35 yaşlı Kazımov İsgəndər İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən sərnişinin meyitinin və yaralıların deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Xəsarət alanla Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. 

 

Faktla bağlı Şirvan polis şöbəsindəı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı