Sumqayıtda narkomanlar tutulub

Sumqayit şəhər Polis İdarəsi və idarənin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin aludəçisi olan şəxslər saxlanılıb. APA TV-nin xəbərinə görə, saxlanılanlar Zaur Musayev və Arif Şahverdiyev əvvəllər də narkotik vasitələrədən istifadə etdikləri uçun məhkum olunublar. Saxlanılan şəxslərdən biri Zaur Musayev bundan öncə azadlıqdan məhrum olmasına baxmyaraq, yenidən dəmir barmaqlıqlar arsına gedərkən hətta kameraya əl eləməyi də yaddan çıxarmayıb.

 

Bütün bunlarla yanaşı Arif Şahverdiyev  və Zaur Musayev müxtəlif vaxtlarda vətəndaşların şəxsi əşyalarını cibgirlik yolu ilə əldə ediblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv