Zaqatalada iki bacı dəm qazından zəhərlənib

Zaqatalada iki bacı dəm qazından zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonunYuxarı Tala kənd sakinləri, iki bacı - 2001-ci il təvəllüdlü Şəfəq Telman qızı Ömərova və 2006-cı il təvəllüdlü Xanım Telman qızı Ömərova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, bacılar yaşadığı evin vanna otağında dəm qazından zəhərləniblər.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəfəq və Xanım Ömərova bacılarına lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Müəllif | Apa.Tv
Vüqar Heydərov