Kürdəmirdə zəlzələ olub
Kürdəmir rayonunda zəlzələ baş verib. APA TV-nin AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05.12-də Kürdəmirdən 15 km cənubda qeydə alınıb. İlkin məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Təbii fəlakət yerin 40 km dərinliyində meydana gəlib.