Con Kerri: “Ukraynaya yardım göstərməkdən başqa yolumuz qalmayıb”

“Qərb Vladimir Putinə tutduğu yoldan geri çəkilmək, Ukraynada münaqişəyə son qoymaq üçün bir neçə dəfə imkan yaratdı. Lakin o bu imkandan yararlanmadı”. APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri MSNBC telekanalına müsahibəsində deyib. Dövlət katibi bildirib ki, bu səbəbdən Qərb ölkələrinin Ukraynaya yardım göstərmək başqa əlacı qalmayıb. Kerri Ukraynaya təhlükəsizliyini təmin etmək üçün hər cür yardım göstərəcəklərini desə də, bu ölkəni konkret hansı növ silahlarla təmin edəcəyini açıqlamayıb. O yalnız bildirib ki, Ukraynaya kifayət qədər geniş spektri əhatə edən yardımlar göstəriləcək: “Biz artıq prezident Poroşenko ilə məsləhətləşmələr aparmışıq. Prezident Obama Angela Merkellə məsləhətləşmələrdən sonra qərar qəbul edəcək. Şübhə etmirəm ki, Ukrayna əlavə iqtisadi və digər yardımlar alacaq. Biz bunu münaqişənin hərbi yolla həllinin mümkün olmadığını anlayaraq edirik”. Con Kerri bildirib ki, Ukrayna münaqişəsinin yalnız sülh yolu ilə və diplomatik həlli mümkündür. Lakin bunun üçün Rusiya geri addım atmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv