Misirdə futbol zamanı qarşıdurma yaranıb, 22 nəfər öıüb
Misirin paytaxtı Qahirədə keçirilən futbol qarşılaşması zamanı toqquşma baş verib, 22 nəfər ölüb. Ölkənin iki komandası arasında keçirilən oyun zamanı stadiondan kənarda qarşıdurma yaranıb. Təhlükəsizlik qüvvələri stadiona biletsiz girmək istəyən şəxslərə icazə verməyib. Bu zaman polislə azarkeşlər arasında toqquşma baş verib.
Misir Səhiyyə Nazirliyi ölənlərin əksəriyyətinin gözyaşardıcı qazdan boğulduğunu bildirib. Şahidlərin dediyinə görə, polis gözyaşardıcı qazı azarkeşlər yandırıcı maddə atmazdan qabaq tətbiq edib.
Qeyd edək ki, 2012-ci ildən bəri Misirdə bir ço çempionat oyunları azarkeşsiz keçirilir. Amma “Zamalek” və “Enbi” komandaları arasında keçirilən oyun publika üçün açıq olub. “Zamalek” azarkeşləri 10 min nəfər tutan stadiona bilet çatışmazlığından narazı qalıblar.
2012-ci ilin fevralında “əl-Əhli” və “əl-Məsri” komandaları arasında keçirilən futbol matçı zamanı 70 nəfər həlak olub.