Dünyanın ən varlı adamlarından biri ölüm cəzasına məhkum edildi
Çin məhkəməsi ölkənin kömür maqnatı Lyu Xan və onun qardaşı Lyu Veyi ölüm cəzasına məhkum edib. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, iki qardaş cinayətkar dəstələr yaratmaqda və qətllərdə təqsirləndirilirlər. Bildirilir ki, həyata keçirilən cinayətlərdə 36 şəxs iştirak edib. Onlar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Cəza müddətləri ən az 11 ildən başlayaraq ömürlük həbsə qədər davam edir. Həbs olunanlar arasında iki polis zabiti və prokuror var. İstintaq müəyyən edib ki, bu şəxslər cinayətlərin ört-basdır edilməsində xüsusi fəallıq göstəriblər. Lyu Xan ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətindəki kömür istehsal edilən ən böyük korporasiyalardan birinin -"Xanlyun"un rəhbəri olub. "Forbes" qiymətləndirməsinə görə, o, dünyanın ən varlı 148-ci adamı olduğunu yazıb. Onun varidatı 1 milyard dollar olub. İş adamı Lyu Xan barəsində deyilənləri qəbul etmir.