Şirvanda iki qardaşın evi yanıb

Şirvanda iki qardaşa məxsus bitişik fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan yanğından mühafizə xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə Şirvan şəhəri Faiq Cavadov küçəsi 7 ünvanında fərdi yaşayış evində olub. Əvvəlcə Əkbərov Azər Yahya oğluna məxsus evdə baş verən yanğın ona bitişik digər qardaşın - Əkbərov Ədalət Yahya oğluna məxsus evə də keçib. Yanğının söndürülməsinə Şirvan Yanğından Mühafizə xidmətinin 4 yanğınsöndürən avtomaşını və şəxsi heyəti cəlb olunub.

 

Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Evin dam örtüyünün bir qismi,  mətbəx və mənzil içəridə olan əşyalarla birlikdə, ümumilikdə isə 374 kvadratmetr mənzilin 48 kvadratmetri yanıb. Digər mənzillər və əşyalar yanğından qorunub. Yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı