Türkiyə səfiri: “Türkiyə Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən qısa müddətdə sülh yolu ilə həllini dəstəkləməkdədir, bundan sonra da dəstəkləyəcək”.

 

APA TV-nin məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Səfir bildirib ki, Türkiyə ATƏT-in Minsk Qrupu həmsədrlərini də bu vaxta qədər dəstəkləyib: "Biz onsuz da Minsk Qrupuna üzv ölkəyik. Həm Minsk Qrupuna üzv ölkə kimi, həm də Türkiyə Cümhuriyyəti kimi Dağlıq Qarabağ probleminin qısa müddətdə həllinə çalışmışıq".

 

Səfir bildirib ki, Türkiyənin həmsədr kimi danışıqlar prosesinə qoşulması ilə bağlı hələlik rəsmi səviyyədə müzakirə aparılmır.

 

Müəllif | Apa.Tv