Gəncə-Şəmkir avtomobil yolunda qəza baş verib, yaralılar var

Gəncə-Şəmkir avtomobil yolunun 3-cü kilometrliyində yol nəqliyyat qəzası baş verib. APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 9-da saat 12 radələrində baş verib. Gəncə şəhər sakini Akif Məmmədov və Gədəbəy rayon sakini Şaiq İsmayılovun idarə etdikləri “VAZ 2106” markalı avtomobillərin  toqquşması nəticəsində Gədəbəy rayon sakinləri, 1942-ci il təvəllüdlü Lala İsmayılova və 1973-cü il təvəllüdlü Laləzər Qəhrəmanova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralılardan birinin vəziyyətinin orta ağır olduğunu bildirilər.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli