İmişli və Saatlıda qaydanı pozan 157 sürücü saxlanılıb

İmişli və Saatlıda qaydanı pozan 157 sürücü saxlanılıb. Yol polisinin iki rayonda keçirdiyi reyd zamanı belə sürücülər barədə inzibati protokollar tərtib edilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, saxlananlar arasında avtoxuliqanlıq  edən, sərxoş halda avtomobil sürən, sürücülük vəsiqəsi olmayan şəxslərə rast gəlinib. Bundan başqa, avtomobilə əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ  olmadan  avtomobili idarə edən şəxslər aşkarlanıb. Qaydaları pozanlar arasında işıqfora məhəl qoymayan, avtomobili nömrəsiz idarə edən, sükan arxasında  telefonla  danışan, texniki baxışdan yayınan və digər sürücülər də var.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı