Cavid Qurbanova yeni vəzifə verildi - SƏRƏNCAM

Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Cavid Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. 

 

Ölkə başçısı Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi barədə də sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə A. Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv