1905.az portalı təqdim olundu

“1905.az portalı ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında məlumat verən resursdur”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün Milli Azərbaycan Tarixi Muzeyində 1905.az portalının təqdimat mərasimində portalının təsisçisi Fuad Babayev deyib. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxışında bildirib ki, 1905-1906-cı illərdə ermənilər tərəfindən Bakının əhalisinin xeyli hissəsi məhv edilib. Bildirilib ki, 1905-ci hadisələri 1 milyondan çox insanın yaşadığı coğrafiyanı əhatə edir. Professor Anar İsgəndərov bu qırğınları ermənilərin rusların himayəsi altında törətdiklərini söyləyib: “1905-ci il hadisələri ilə əlaqədar çoxlu sənədlər var. Elə babalarımızın uğurundan danışırıq, amma başqa məsələlər kənarda qalıb”.

 

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova ölənlərin sayının az göstərilməsinə baş verən qırğınlar zamanı azərbaycanlıların meyitləri qeydə aldırmadığını səbəb göstərib: “Azərbaycanlılar adət-ənənəyə uyğun olaraq meyiti yardırmamaq üçün gizlədib dəfn edirdilər. Ölən azərbaycanlıların sayının az göstərilməsi bu faktla bağlıdır”.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı