Kürdəmirdə silsilə oğurluqlar edən şəxs yaxalanıb

Kürdəmirdə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma zamanı həmin şəxsin digər əməllərinin də üstü açılıb. Məlum olub ki, saxlanılan şəxs son 4 ay ərzində müxtəlif evlər və mağazalardan vətəndaşlara məxsus əmlakı qarət edib. Silsilə  oğurluqlar edən şəxs bir neçə ay ərzində gizlənməyi bacarsa da,  sonun əməlindən sonra istintaqdan yayına bilməyib. Fevralın 4-də  Kürdəmir şəhərindəki Heydər Əliyev prospektində yerləşən Cəlal  Mehdiyevə məxsus mağaza qarət edilib. Mağazada müxtəlif  adda  xeyli siqaret və çay oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən  Ramal Şirinov saxlanılıb.

 

Məlum olub ki, o, daha bir neçə ev və mağazadan oğurluq edib. Oğurlanan mallar arasında qızıl-zinət əşyaları, hind quşları və digər məişət əşyaları olub.

 

Onun 9 oğurluq əməli törətdiyi müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov