Rusiya-Ukrayna sərhədindəki AES-də güclü yanğın olub

Rusiyanın Rostov şəhərində yerləşən AES-də yanğın olub. APA TV-nin "İnterfaks"a istinadən verdiyi məlumata görə, yanğın stansiyanın texniki meydanındakı ərazidə hidrogen anbarlarının alışması nəticəsində meydana gəlib. Hidrogen anbarları birinci enerji blokunun cəmi 300 metrliyində yerləşir. Hidrogen məhz buradan qaz-soyuducu boruları ilə birinci korpusa daxil olur. Xilasedicilər zədələnmiş elementi ümumi soyuducu sistemdən kənarlaşdırıblar. "Rosenerqoatomun"un saytında bildirilir ki, yanğın enerjiblokların işinə təsirsiz ötüşüb. Yanğınsöndürənlər gecə saatlarında təhlükənin qarşısını ala biliblər. Xəsarət alan yoxdur. Xatırladaq ki, Rostov AES Rusiyanın elektroenerji divizionuna aid "Rosatom" Dövlət Korporasiyasının filialıdır və ölkənin cənubunda yerləşən AES-dir.
 

Müəllif | Apa.Tv
Apa.tv