Bəşər Əsəd: "İŞİD-lə mübarizədə qərb ölkələri ilə müttəfiqliyə hazırıq, lakin..."

"Suriya İŞİD-ə qarşı mübarizədə iştirak edən digər ölkələrlə müttəfiqlik etməyə hazırdır. Amma bir şərtlə, biz, bu əməliyyatların ABŞ-ın rəhbərliyi altında həyata keçirilməsinə qarşıyıq". APA TV-nin məlumatına görə, bu bəyanatı Suriya prezidenti Bəşər Əsəd BBC-yə müsahibəsində verib. Bəşər Əsəd ABŞ-ın əksinə, bölgədə terrorçulara dəstək verdiyini iddia edib və adı çəkilən ölkə ilə əməkdaşlıq etmək arzularının olmadığını bildirib. Suriya prezidenti vurğulayıb ki, ölkəsində terrorçulara qarşı koalisiya qüvvələrinin əməliyyatlar keçirəcəyi ilə bağlı onda məlumat olub. Əsəd qeyd edib ki, bu, rəsmi Dəməşqin ABŞ dairələri ilə birbaşa əlaqəsinin olması anlamına gəlmir. "Xeyr, bizim heç bir əlaqəmiz yoxdur, sadəcə üçüncü tərəflər vasitəsilə bəzi informasiyalar alırıq. Lakin hələ də bəzi detalları bilmədiyimizi də etiraf edirəm". Suriya prezidenti ABŞ-la sözü gedən məsələ barədə heç bir dialoqun da planlaşdırılmadığını açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv