Hava dumanlı, çiskinli və küləkli olacaq

Fevralın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər zəif duman, axşama doğru yağıntılı olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz olacağı, bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcə isti olacaq.

  

Müəllif | Apa.Tv
Apa.tv