PPX və YPX əməkdaşları üçün yeni avtomobillər Bakıya gətirilib

Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul (PPX) və yol patrul xidmətlərinin (YPX) əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş avtomobillər Bakıya gətirilib. APA TV-nin  məlumatına görə, Azadlıq meydanına gətirilən avtomobillərə baxış keçirilib.  PPX əməkdaşları üçün yeni "Fiat Doblo" Turbo , YPX əməkdaşları üçün isə BMW (5-ci seriya) və "Mercedes Sprinter" markalı avtomobillər nümayiş olunub. Tədbirdə bütün rayonların yol potrul xidmətinin rəsmi şəxsləri iştrak ediblər. YPX əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı  daha asan şəkildə salonda olan monitor vasitəsi ilə izləyə bilər.

 

Müəllif | Apa.Tv