Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: "Azərbaycan müşahidəçi statusu almaq üçün müraciət edib"

Rusiyanın Ufa şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Hindistan, Pakistan və İran ən yüksək səviyyədə təmsil olunacaqlar. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, bu məlumatı sammitə hazırlıq çərçivəsində təşkil olunmuş ikinci hazırlıq iclasında təşkilatın baş katibi Dmitri Mezentsev verib: "Təşkilata üzvlüyə qəbul olunmaq üçün artıq müraciət edən adı çəkilən ölkələrlə yanaşı müşahidəçi statusu almaq və dialoqlarda iştirak etmək arzusunda olan dövlətlər də var" deyə o, bildirib. Bu ölkələrin sırasında Suriya, Belarus, Azərbaycan, Ermənistan və Banqladeşin adı göstərilir. "Bu yaxınlarda isə biz, Maldiv Respublikasının Xarici İşlər Nazirliyindən də müraciət almışıq. Nepal dövləti də təşkilatda müşahidəçi qismində iştirak etmək arzusundadır" deyə baş katib bildirib.

Müəllif | Apa.Tv
Apa.tv