Rəsmi Moskva: ABŞ Ukraynaya silah yardımı edərsə...

Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev ABŞ-ın Ukraynaya silah yardımı ilə bağlı səsləndirilən fikirlərə rəsmi Moskvanın reaksiyasını dilə gətirib. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, Patruşev bildirib ki, Rusiya tərəfi bu məsələdə diplomatik yolun tərəfdarıdır. "Əgər ABŞ bu varianta əl atsa, o zaman konfliktin həlli daha da uzanacaq". Bir müddət öncə isə Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov da məsələ ilə bağlı rəsmi Moskvanın mövqeyini bildirib. Peskov vurğulayıb ki, Rusiya bütün səylərini Ukraynadakı mövcud vəziyyətin nizamlanmasına yönəldib və bu davam edəcək. Xatırladaq ki, artıq bir neçə Avropa ölkəsi də Ukraynaya silah yardımı edilməsi ilə bağlı verilən təklifləri dəstəkləmədiklərini bildiriblər. Ukraynanın qərbi ilə böyük ərazidə sərhəd dövləti Polşanın müdafiə naziri də məsələyə münasibət bildirib. Tomaş Semonyak bu cür dəstəyin Ukraynadakı münaqişəni daha da qızışdıracağını bildirib. Polşalı nazir həmçinin bildirib ki, əgər ABŞ silah yardımı məsələsində konkret qərar versə bunu dəstəkləyəcəklərini də istisna etməyib.

Müəllif | Apa.Tv
Apa.tv