Bakıda yeni təmirdən çıxan körpüdə qəza olub, uzun tıxac yaranıb

Bakıda yeni təmirdən çıxmış körpüdə yol-nəqliyyat hadisəsi baş verib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, Ziya Bünyadov prospekti Əsas yolda (Ayna Sultanova parkının yaxınlığı - 20 Yanvar istiqamətində) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb. Dərnəgül istiqamətində hərəkət edən "KamAZ" markalı avtomobil idarəetmədən çıxaraq, beton maneələri aşıb və yolun əks istiqamətinə keçib. Daha sonra yolda hərəkət edən "Ford" markalı, 99 JG 850 nömrə-nişanlı avtomobilə çırpılıb. Nəticədə "Ford"un sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv