Bakıda maşınla vurulan qadın ölüb, 12 yaşlı qızı ağır yaralanıb

Bakıda ana və qızını maşın vurub. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib. Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasından şəhər istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil Böyükşor qəsəbəsi ərazisində yolu keçən Vəfa Sadıqova və onun qızı, 12 yaşlı Fərqanə Sadıqovanı vurub. Ana aldığı ağır xəsarətlər nəticəsində ölüb, qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çardırılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən sürücü Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv