Bakıda soyğunçuluq törətmiş şəxs saxlanılıb

Metronun "Nizami" stansiyası yaxınlığında soyğunçuluq törətmiş şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, bu barədə hələ bir neçə gün əvvəl zərərçəkmiş Elman Ziyadov tərəfindən Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət olunub. Həmin vaxt əməliyyatçılara hadisəni törətmiş şəxsin adı və ya digər məqamlar məlum olmayıb.

 

Məlum olub ki, hadisəni paytaxt sakini, 28 yaşlı Orucov Elçin Azad oğlu törədib. Elçin Orucov həm də narkotik vasitə asılılığından əziyyət çəkir. O, bundan əvvəl də şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxladığına görə məhkum olunub. Ehtimal olunur ki, o, bu dəfə də cinayəti narkotik vasitə əldə etmək üçün törədib.

 

Müəllif | Apa.Tv