Bakıda neft quyusuna düşən inək xilas edilib

Bakıda inək neft quyusuna düşüb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə Qala qəsəbəsi, 12-ci mədən küçəsində köməyə ehtiyacı olan heyvan faktorunun olması ilə bağlı məlumat daxil olub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə yollanıblar.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, inək dərinliyi təxminən 3 metr, diametri 1 metr olan neft quyusuna düşüb. Vətəndaşlar inəyi quyudan çıxara bilmədiklərindən xilasedicilərə kömək üçün müraciət ediblər.

 

Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə inəyi quyudan sağ çıxararaq, sahibinə təhvil veriblər.

 

Müəllif | Apa.Tv