Azərbaycan prezidenti Qırğızıstanın müdafiə nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib. APA TV-nin xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirili,b ölkələrimizin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.