Elnur Hüseynovdan "O səs Türkiyə"də daha bir uğur

"O səs Türkiyə"də yeganə azərbaycanlı olaraq, yarışmanı davam etdirən Elnur Hüseynov 1/4 final mərhələsində səhnəyə çıxıb.

 

APA TV-nin xəbərinə görə, Ebru Gündeşin komandasında yarışan həmyerlimiz Şəbnəm Fərahın “Gözlərimin ətrafındakı cizgilər” mahnısını səsləndirib.

 

Proqramın qaydalarına əsasən səhnədə digər komandanın ifaçıları ilə yarışan Elnur Hüseynov dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.

 

Müəllif | Apa.Tv