İmişlidə avtomobillərdən akkumulyator oğurlayan gənc yaxalanıb
İmişlidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, fevralın əvvəlindən bir neçə İmişli sakini avtomobillərinin akkumulyator hissəsinin yoxa çıxdığı barədə polisə müraciət edib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Göbəktala kənd sakini, 22 yaşlı Məmmədov Beyrək İsuliddin oğlu şübhəli şəxs qismində saxlanılıb.
Beyrək Məmmədov oğurluqları axşam saatlarında edirmiş. O, əməlinə pula ehtiyacı olması ilə əlaqələndirib.
O, əməlindən peşman olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.