Donetskin mərkəzi atəşə tutuldu: 4 ölü – REAL VİDEO
Ukraynanın şərqində münaqişənin nizamlanması üçün danışıqlar prosesi davam etdiyi dövrdə separatçılar Donetsk şəhərinin mərkəzini atəşə tutublar. APA TV-nin məlumatına görə, artilleriya zərbələri nəticəsində “Mərkəz” avtovağzalı darmadağın edilib. Mərmilər avtobusların hərəkət zolaqlarını, ticarət pavilyonlarını və mağazaları yararsız hala salıb. Atəş zamanı perronda olan dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ukrayna tərəfi Donetskin mərkəzinin aramsız atəşə tutulmasını danışıqlarda əldə olunan razılaşmaların yerinə yetirilməməsi kimi dəyərləndirir.