Buludlu və küləkli hava şəraiti davam edəcək

Bakı və Abşeron yarımadasında fevralın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fevralın 12-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv