Bakıda cibgirlər oğurladıqları pulları belə xərcləyiblər - REAL GÖRÜNTÜ

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində cibgirlik yolu ilə çoxsaylı oğurluq əməli törətməkdə şübhəli bilinən Hövsan sakinləri saxlanılıb. APA TV-nin xəbərinə görə, əvvəllər cibgirlik maddəsi ilə məhkum olunan  Orlov Ruslan Konstantinoviç və həmin qəsəbənin F.Bayramov küçəsində yaşayan 1987-ci il təvəllüdlü  Paşayev Elmir Eldar oğlu tutulub.

 

Müəyyən olunub ki, onlar elə həmin gün zərərçəkmişə məxsus bank kartından istifadə etməklə Xətai rayonu, M.Hadi küçəsində yerləşən mağazada ərzaq məhsullarına və spirtli içkilərə 219 manat pul  xərcləyiblər.  Kameraya düşən şəxslərin kimliyini Bakı şəhər BPİ-nin əməkdaşları dərhal  müəyyənləşdirə biliblər. Bu şəxsləri görüb tanıyanlardan BŞBPİ -nin əlaqə nömrələrinə zəng vuraraq, məlumat vermələri  xahiş olunur.

 

Müəllif | Apa.Tv