Lənkəranda maşın oğrusu ələ keçdi
Lənkəranda avtomobil oğurlayan şəxs yaxalanıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Əli İlqar oğlu Hüseynli polisə müraciət edərək ona məxsus “VAZ-2107” markalı, 10 KC 074 nömrə nişanlı minik avtomobilinin qaçırıldığını, akkumulyatoru və “Pioner” markalı maqnitofonu oğurlandıqdan sonra maşının küçəyə atıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Tərlan oğlu Muradov şübhəli şəxs qismində yaxalanıb. Ondan 0,21 qram heroin aşkarlanaraq götürülüb.
İlkin dindirmə zamanı Bəxtiyar Muradov törətdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.