Ağstafada 2 qutu güllə tapılıb
Ağstafa rayonunda 2 qutu güllə tapılıb. APA-Tv-nin qərb bürosunun verdiyi məlumata görə 300-ə yaxın güllə Qırılı kəndində sakinlər tərəfindən aşkarlanıb. Rayon sakini İbrahim Məsiyev ərazidəki zibillik sahədə yerdə iki dolu qutu güllə görüb. Dərhal ərazidə olan digər kənd sakinlərini əraziyə çağıran İbrahim Məsiyev təhlükəsizliyi nəzərə alaraq ərazidə tonqal qalanmasının qarşısını alıb.
Məlum olub ki, İstifadəyə yararlı olan güllələr 7,62 və 5,45 mm kalibrlidir. Kənd sakinləri dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarını bu barədə məlumatlandırıblar. Əraziyə baxış keçirən polislər gülləri ərazidən götürüblər.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.