Müdafiə Nazirliyi irimiqyaslı təlimlərin görüntülərini yayıb
Müdafiə Nazirliyi Azərbaycanda keçirilən irimiqyaslı təlimlərin görüntülərini yayıb. Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin irimiqyaslı taktiki təlimləri başa çatıb. Birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə ehtiyatda olan 5 min nəfərə yaxın hərbi vəzifəli təlimlərə cəlb edilib. Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə təlimlər keçirilib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışlarında mütəşəkkil qaydada iştirak etdiklərinə görə təşəkkür edib.
Təlimlərdə 300-ə yaxın avtomobil texnikası, 15 min nəfərədək, şəxsi heyət, 300-ədək zirehli texnika, raket və artileriya qoşunlarının 200-dən artıq qurğusu, hərbi hava qüvvələrinin 20-dək aviasiya vasitəsi, müasir hava hücumundan qorunmaq üçün silahlanmış zenit raket birləşmələri cəlb edilib.