Lerikdə qəza olub, 4 nəfər xəsarət alıb

Lerikdə 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun 27-ci kilometrliyində qeydə alınıb. Lerik rayon sakini, 51 yaşlı Şahin Əliyevin idarə etdiyi “Niva” markalı minik avtomobili həmyerlisi, 53 yaşlı  Zadir Seyfullayevin idarə etdiyi “VAZ- 2106” markalı minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Sürücülərlə birlikdə daha 2 nəfər sərnişin  bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

Hadisəsinin dəqiq səbəbləri isə keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.

 

 

Müəllif | Apa.Tv