Sabunçuda piyada "Lexus"la vurulub
Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Mehralı Aşurov yüksək sürətlə idarə etdiyi "Lexus" markalı avtomobillə yolu keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, içkili vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü Sabunçu rayon Polis İdarəsinə, avtomobili cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.