Bakıda toqquşan avtomobillərin sürücüləri dalaşıb

Sabunçu rayonu ərazisində, Heydər Əliyev prospektində "Mercedes" markalı iki avtomobil toqquşub. APA TV-nin xəbərinə görə, hadisə avtomobillərdən birinin dönmə əməliyyatı yerinə yetirərkən baş verib. Zərbənin gücündən maşınlar yol kənarındakı dəmir səkiyə çırpılıb. Avtomobillərdən birinin qadın sərnişini ağır yaralanıb. Xəsarət alan Lalə Orucova xəstəxanaya çatdırılıb. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb.

 

Polis əməkdaları tərəfləri sakitləşdirib.

 

Sürücülərdən birinin sərxoş olduğu müəyyənlşəib. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv