Cəlilabadda naməlum şəxslər supermarketi talayıblar

Cəlilabadda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində sahibkar Nadir Cəfərova məxsus supermarketdə qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında ticarət obyektinin tavan hissəsini sökərək  içəri daxil olmaqla oradan  30-40 manat  pul, müxtəlif çeşiddə siqaret və  mobil telefon danışıq kartları oğurlayıblar. Nadir Cəfərov gecə saatlarına qədər mağazada olduğunu deyib:

 

"Gecə 1-ə 15 dəqiqə işləmiş dükanı bağlayıb, getmişəm evə. Səhər 9-un yarısı gəlib dükanı açmışam. İşıqları yandıran da gördüm lanbirlər qopub".

 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları obyektə baxış keçirərək,  malların üzərindən  müəyyən əl izlərini götürüblər. Hazırda oğurluq hadisəsini törətmiş şəxslərin yaxalanaraq istintaq orqanlarına təhvil verilməsi istiqamətində iş aparılır.

 

Müəllif | Apa.Tv