Narkotiki toyuq hinində gizlədən şəxs: "Gənclər baxsın, dərs alsın"

Kürdəmir sakinin üzərindən və evindən ümumilikdə 301 qram narkotik vasitə  aşkarlanaraq götürülüb. APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Sığırlı kənd sakini Nəsimi Bəkirov şübhəli şəxs qismində saxlanılıb. Ondan 16 ədəd kibrit qutusunda 80 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb. Nəsimi Bəkirovun evində axtarış aparılarkən həyətindəki olan toyuq hinindən 222 qram qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotikdən istifadəyə yeni başladığını deyib:

 

"Tapmışdım. Fikirləşdim ki, özüm istifadə edərəm. Bu işi heç kimə tövsiyə etmirəm. Gənclər baxsın, ibrət götürsün. Çox peşmanam. Bu işi özümə sığışdırmıram.  Gedib sənət tapmaq lazımdır".

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Zahid Abışov