Azərbaycanın ən hündür binası 3D formatında çap olunacaq

Bakı 3D-çapa hazırdır. Əsas tətbiq dairəsi: memarlıq, incəsənət, zərgərlik, tibb, kino, təhsil, nəqliyyat, yemək, əyləncə. Zamanla ayaqlaşmaq və məhsullarınızı təkmilləşdirmək istəyirsinizsə, o zaman "3D Print Conference Baku" iştirakçılarının sırasında ola bilərsiz.

 

APA TV-nin xəbərinə görə, "3D Print Conference" Bakıda ilk dəfə konfrans iştirakçılarını dünyanın hər yerində yayılan və daha əlçatan olan cürbəcür sahələrdə istifadə olunan texnologiya ilə tanış edir.  

 

Sərgidə nümayiş olunan 3D Print məhsullarından biri Azərbaycanın ən hündür binası olan Alov Qullələrini  ilk dəfə çapdan çıxaracaq. 

 

Sərgi-konfransda ölkəmiz üçün bir sıra yeni texnologiyalar da nümayiş olunur.

 

Amerikada istehsal edilən 3D-çap qələmləri vasitəsi ilə müxtəlif rəngli yazılar yazmaq və maketlər hazırlamaq mümkündür. Qələmin içərisində 280 dərəcədə əriyən plastik  cihazlar vasitəsi ilə Azərbaycan bayrağını və müxtəlif ölçüdə eynəklərin maketlərini də hazırlamaq olar.    

 

Sərgidə Rusiyanın, Azərbaycanın, Türkiyənin, Avropanın və ABŞ-dan gələn iştirakçıların müxtəlif çap texnikaları nümayiş etdirilib. Hər kəsin marağına səbəb olan ilk yerli istehsal da diqqət mərkəzində olub.  

Müəllif | Apa.Tv