Bakıda saxlanılan gənc: "Oğurladığım pul və qızılları narkotikə vermişəm"

Bakıda oğurluq edən gənc yaxalanıb. 22 yaşlı Əlikram Arif oğlu Əliyev təxminən 6 ay əvvəl dilənçilik etmək məqsədilə Bərdə rayonundan Bakıya gəlib. APA TV-nin xəbərinə görə, Biləcəri qəsəbəsində qohumunun yanına sığınan Əlikram bir müddət dilənçilik edib. Gündə 10-12 manat gəlir onu qane etməyib və oğurluğa əl atmaq qərarına gəlib. Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılan bu şəxs II Alatava yaşayış sahəsində 13 evdən pul və bahalı əşyaları oğurluq yolu ilə ələ keçirib. Narkotik aludəçisi olduğunu deyən Əlikram Əliyev oğurluğu narkotikə olan tələbatını ödəmək üçün etdiyini bildirib.

 

Əlikram Əliyev oğurluq yolu ilə 5 min manatdan artıq gəlir əldə etdiyini söyləyib. Onun sözlərinə görə, pulların hamısını narkotikə xərcləyib. Əvvəllər də eyni əməlinə görə bir dəfə məhkum olunmuş saxlanılan şəxs barəsində Yasamal Rayon Polis İdarəsində Cinayət Məjəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Onun oxşar cinayətlərdə iştirakı ehtimalı olduğundan bu istiqamətdə araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv