Maştağada 22 yaşlı oğlan bacısının nişanlısını öldürüb

Bakıda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni yaşayış massivində qeydə alınıb. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralrında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi bıçaqlayaraq qətlə yeitirib.

 

İlkin məlumata görə, qətlə yetirilən Habil Abdullayev nişanlısıgilə gəlibmiş. O, gələcək qayınatası Elşən Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı Elvin Cavadov isə buna etiraz edib. Mübahisə zəminidə o, bacısının nişanlısına bir bıçaq zərbəsi vurub, ürək haniyəsindən xasərat alan 24 yaşlı gənc dünyasını dəyişib.

 

Elvin Cavadov polisə könüllü təslim olub. O, ilkin ifadəsində bacısının nişanlısının onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparırlır.

 

Müəllif | Apa.Tv