Brent markalı neftin qiyməti 60 dollar həddini aşıb

Brent markalı neftin qiyməti ötən ilin dekabr atından etibarən ilk dəfə olaraq 60 dollar həddini aşıb. “APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,36 dollar artaraq 60,26 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar azalaraq 51,93 dollar təşkil edib. “Bloomberg” agentliyin yaydığı məlumata görə, “qara qızıl”ın qiymətindəki hazırkı artım yaxın perspektivdə davamlı olacaq. Artımın əsas səbəbi kimi, fevralın 12-də Minskdə “normand dördlüyü” tərəfindən Ukrayna münaqişəsinin həll istiqamətində əldə olunan razılıq göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv