Saatlıda sərxoş kişi tanımadığı adamı bıçaqlayıb

Saatlıda bıçaqlanma hadisəsi qeydə alınıb. APA TV-nin xəbərinə görə, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində baş verib. Saatlıda yaşayan Raziyə Şəmmədova Sabirabad sakini olan Teymur Həsənlidən onu Saatlıda yaşayan qızının evinə aparmağı xahiş edib. Teymur Həsənli qadını ora aparıb və avtomobildə gözləməli olub. Bu zaman bir nəfər şəxs Teymura Nəsənlidən maşını həmin yerdə saxlamamasını tələb edib.

 

Bu barədə Saatlı Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əvəzağa  Məmmədov məlumat verib. Onun sözlərinə görə, Behbud Şəmmədov sərxoş vəziyyətdə yaşadığı kəndə qonaq gəlmiş Teymur Həsənlinin avtomobilini küçədə saxlamağına iradını bildirib, əlindəki bıçaqla onun əl və baş nahiyəsindən vuraraq xəsarət yetirib.

 

Zərəçəkən isə deyib ki, bıçaq zərbəsindən sonra çoxlu qan itirib: "Qan necə axırdı! Elə bil su motoru vururdu. Paltarım, üstüm-başım qan idi. Bir cərrah, 4 tibb bacısı zorla qanı kəsdi. Dedilər ki, 10-15 gec gəlsəm, ölərdin. Məni vurmasının səbəbini bilmirəm".

 

Keçirilən əməliyyat-axtarışları nəticəsində Mustafabəyli kənd sakini Behbud Şəmmədov şübhəli şəxs qismində saxlanılıb. O, hadisənin təsadüfən baş verdiyini bildirib. Həmin vaxt əsəbi və sərxoş olduğunu deyən Behbud Şəmmədov törətdiyi cinayəti etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd  edək ki, Teymur Həsənli Əfqanıstan müharibəsi veteranıdır və  1-ci qrup əlildir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı