“Azərbalıq”ın sabiq prezidenti məhkəmə zalında həbs edilib

“Azərbalıq”ın sabiq prezidenti məhkəmə zalında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ə. Mustafayev məhkəmə zalında həbs edilib. Qeyd edək ki, Ə. Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Müəllif | Apa.Tv
Apa.tv