Qusarda buzlu yolda avtomobil aşıb, qadın sərnişin ölüb

Bu gün səhər saatlarında Qusar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya federasiyası yolunun Qusar rayonun Atlıxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Ağamalıyev Qərim Kamran oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan sərnişin, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Süleymanova Tahirə Yusif qızı aldığı xəsarətdən ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

 

İlkin olaraq, hadisəyə səbəb kimi yolun buz bağlaması göstərilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan