Lamiyə Quliyevanın həbsdən buraxılması barədə vəsatət rədd olundu

Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi  üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA TV-nin xəbərinə görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil  Quliyevanın barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb. Daha sonra çıxış edən Lamiyə Quliyeva övladını azadlıqda böyütmək istədiyini deyib. O, ilk cinayətini azyaşlı olanda törətdiyini bildirib. Bunun üçün çox peşman olduğunu, lakin cinayəti törətməyə səbəb olduğunu qeyd  edib.   

Lamiyə Quliyevanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təmin edilməyib.  Məhkəmə baxışı fevralın 20-nə təyin olunub.  

 

Lamiyə Quliyevanın anası qızının azadlığa çıxacağına ümid etdiyini deyib.

 

Qeyd edək ki, fevralın 4-də  Baş Prokurorluq  Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. 

 

 

Müəllif | Apa.Tv